Məşhur aktrisanın barmağının yarısı Türkiyədə qopdu
Amerikalı aktrisa Lindsi Lohanın barmağının yarısı qopub. APA TV-nin TMZ-yə istinadən verdiyi məlumata görə, aktrisa qayığı sahilə çıxarmaq istəyərkən ehtiyatsızlıq edib.
Hadisə Türkiyə sahilləri yaxınlığında baş verib. Lindsi Lohan lövbər kəndiri ilə ehtiyatsız davranıb və kəndir onun şəhadət barmağının yarısını kəsib. Aktrisanın dostları barmağın qopan hissəsini tapıblar. Lindsi Lohan Türkiyədə xəstəxanaya çatdırılıb və əməliyyat yolu ilə həmin hissə yerinə tikilib.
Aktrisanın hadisə zamanı sərxoş olduğu ehtimal edilir.
Qeyd edək ki, 30 yaşlı Lindsi Lohan “Yaramaz qızlar” və “Dəli cümə günü” filmləri ilə tanınır.
OXŞAR XƏBƏRLƏR
16:26
257
Növbəti köç karvanı Xankəndiyə çatıb
13:52
391
Xankəndiyə növbəti köç karvanı YOLA SALINIB
19:05
690
“Toxumçuluq haqqında” yeni qanun qüvvəyə minib
19:04
558
Dövlət başçısı: Azərbaycan sülh üçün səylərini bundan sonra da davam etdirəcək
12:35
660
APA Çinin nüfuzlu CCTV+ agentliyi ilə əməkdaşlıq sazişi imzaladı
12:34
446