"VAZ" markalı iki maşın toqquşdu: 5 yaralı

Göygöldə 5 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

 

APA TV-nin qərb bürosunun verdiyi məlumata görə, hadisə Gəncə-Daşkəsən avtomobil yolunun Göygöl rayonunun Yeni Qızılca kəndindən keçən hissəsində qeydə alınıb.

 

"VAZ-2107" və "VAZ-21011" markalı avtomobillərin toqquşması nəticəsində 5 nəfər - 37 yaşlı Vüsalə Əliyeva, 20 yaşlı Xaliq Həsənov, 37 yaşlı Təhmas Əliyev, 21 yaşlı Bilal Quliyev və 12 yaşlı Samir Əliyev müxtəlif bədən xəsarətləri alıblar.

 

Xaliq Qurbanova hadisə yerində tibbi yardım göstərildikdən sonra o, evə buraxılıb, 10 yaşlı Samir Əliyev isə uşaq xəstəxanasına aparılıb. Digər 3 nəfər Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib. 

 

Faktla bağlı Göygöl Rayon Polis şöbəsində araşdırma aparılır.

 

 

 

 

 

 

 

Müəllif | Apa.Tv

OXŞAR XƏBƏRLƏR