ABŞ-dan Rusiyaya qarşı şok addım: Suriya məsələsində əlaqələr dayandırıldı

ABŞ Rusiya ilə Suriyada atəşkəs rejimi üçün yaradılan ikitərəfli kanalların istifadəsini dayandırır.

 

APA TV-nin TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bunu ABŞ Dövlət Departamentinin mətbuat katibi Con Kirbi bəyan edib.

 

ABŞ-ın bu addımına rəsmi Moskvanın üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməməsinin səbəb olduğu bildirilir. Departamentin sözçüsü deyib ki, yaranmış vəziyyət Birləşmiş Ştatları təəssüfləndirir.

 

Bununla belə, C.Kirbi qeyd edib ki, ABŞ Suriyanın hava məkanında mümkün toqquşmaların baş verməməsi üçün Rusiya ilə hərbi əlaqələri kəsməyəcək.

 

Bundan əvvəl ABŞ dövlət katibi Con Kerri bildirmişdi ki, ABŞ Rusiya ilə Suriya böhranının nizamlanması üzrə danışıqları kəsməyin bir addımlığındadır.

 

 

 

 

 

 

 

 

Müəllif | Apa.Tv

OXŞAR XƏBƏRLƏR