Türkiyədə fövqəladə vəziyyət rejiminin müddəti uzadıldı
Türkiyədə fövqəladə vəziyyət rejiminin müddəti üç ay uzadılıb.
APA TV-nin məlumatına görə, prezident Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə baş tutan Nazirlər Kabinetinin toplantısından sonra baş nazirin müavini Numan Kurtulmuş açıqlama verib.
Nazirlər Kabinetinin toplantısında verilən qərara görə, ölkədə fövqəladə vəziyyətin müddəti 19 oktyabrdan etibarən 3 ay uzadılıb. Numan Kurtulmuş qərarın Milli Təhlükəsizlik Şurasının tövsiyəsinə əsasən qəbul edildiyini deyib.
Qeyd edək ki, FETÖ Türkiyədə iyulun 15-də dövlət çevrilişinə cəhd edib. Bundan sonra iyulun 19-da ölkədə fövqəladə vəziyyət elan olunub. Bir müddət öncə Ərdoğan fövqəladə vəziyyət üçün hətta bir ilin də bəs etməyəcəyini deyib.
OXŞAR XƏBƏRLƏR
16:26
313
Növbəti köç karvanı Xankəndiyə çatıb
13:52
418
Xankəndiyə növbəti köç karvanı YOLA SALINIB
19:05
710
“Toxumçuluq haqqında” yeni qanun qüvvəyə minib
19:04
565
Dövlət başçısı: Azərbaycan sülh üçün səylərini bundan sonra da davam etdirəcək
12:35
667
APA Çinin nüfuzlu CCTV+ agentliyi ilə əməkdaşlıq sazişi imzaladı
12:34
451