Səlim Müslümov: "Açılan iş yerlərinin sayı bağlanan iş yerlərinin sayını üstələyir"
“Bu gün Azərbaycanda bağlanan iş yerlərindən daha çox açılan iş yerləri var”. APA TV-nin məlumatına görə, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov deyib.
Onun sözlərinə görə, Azərbaycanda işsizliyin səviyyəsi hal-hazırda 5 faiz ətrafındadır: “İqtisadi prosesdən asılı olaraq müəyyən iş yerləri bağlanırsa, digər iş yerlərinin də açılması prosesi gedir. Azərbaycanda doqquz ay ərzində açılan iş yerlərinin sayı bağlanan iş yerlərinin sayını üstələyir. Bildiyiniz kimi, ilin əvvəlində prezident İlham Əliyevin tapşırığı ilə dövlət orqanlarında qırx mindən çox yeni iş yerləri açılıb. Dövlət Məşğulluq Xidməti tərəfindən də həmin iş yerlərinə insanlarımız göndərildi, işlə təmin olundu”.
Qeyd edək ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində müvafiq müsabiqə və müsahibə mərhələlərində uğur qazanaraq nazirlik sistemində dövlət qulluğunun inzibati vəzifələri üzrə vakant yerlərə işə qəbul olunan gənclərlə görüş keçirilib.
Nazir Səlim Müslümov bildirib ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi sistemində dövlət qulluğunun inzibati vəzifələri üzrə vakant yerlərə işə qəbul prosesi qanunvericiliyə uyğun şəkildə aparılır. Aidiyyəti qurum tərəfindən keçirilən müsabiqə və müsahibə mərhələlərində uğur qazanmış namizədlər həmin vakant yerlərə işə qəbul edilirlər. “Bu prosesin davamı olaraq, müsabiqə və müsahibə mərhələlərində uğur qazanmış daha 47 nəfərin müvafiq əmrlər əsasında nazirlik sistemində dövlət qulluğunun inzibati vəzifələri üzrə vakant yerlərə işə qəbulu təmin olunub. Onların hamısı gənclərdir”. Nazir bildirib ki, hazırda nazirliyin həm mərkəzi aparatında həm də yerli strukturlarında 800 yaxın vakant iş yerləri var: "Ancaq təəssüflər olsun ki, bu vakansiyalara gənclər kifayət qədər müraciət etmir. Cəmiyyətdə əlbəttə dövlət qulluğunda müəyyən yaş həddinə gəlib çatmış şəxslərin müxtəlif nazirliklər üzrə bu yerləri boşaltması və yeni gənc nəsil tərəfindən onların tutulması olunur. barədə müzakirə olunur. Bizə də suallar verirlər bu barədə. Təəssüflər olsun ki, boş yerlərə vakansiyalara gənclərimizin kifayət qədər çox sayda keçib gəlməsi müşahidə olunmur. Nazirlik yanında Dövlət Müdafiəsi fondunda təqribən 320-yə yaxın vakansiya, dövlət məşğulluq xidmətində 374 vakansiya var. Bundan başqa nazirliyin mərkəzi aparatında digər əmək müfəttişliyində və s. orqanlarında da ümumilikdə 750-800 yaxın boş yer mövcuddur. Bizim də bu gün ehtiyatda olan cəmi 79 və sonuncu test imtahanlarını keçib gəlmiş, təqribən 88 nəfər gənc kadrımız var. Bunlar mövcud vakansiyaların çox az bir hissəsini hətta 1/4-ni belə doldurmur".
Nazir vurğulayıb ki, Azərbaycan prezidentinin “Dövlət məmurları xalqa xidmət edir və etməlidirlər. Dövlət məmuru cəmiyyətdə hər bir vətəndaş üçün nümunə olmalıdır” prinsipi hazırda dövlət qulluğuna yeni işə qəbul olunan gənclərin də əsas fəaliyyət prinsipi olmalıdır.
Nazir dövlət qulluğu sistemində yeni işə qəbul olunan gəncləri təbrik edib, onlara dövlət qulluqçusu kimi öz vəzifələrinin icrasında uğurlar arzulayıb.
OXŞAR XƏBƏRLƏR
Növbəti köç karvanı Xankəndiyə çatıb
Xankəndiyə növbəti köç karvanı YOLA SALINIB
“Toxumçuluq haqqında” yeni qanun qüvvəyə minib
Dövlət başçısı: Azərbaycan sülh üçün səylərini bundan sonra da davam etdirəcək
APA Çinin nüfuzlu CCTV+ agentliyi ilə əməkdaşlıq sazişi imzaladı