Bakıda 2 nəfər saxlanıldı: birindən silah, digərindən narkotik götürüldü

Bakıda axtarışda olan iki nəfər saxlanılıb. APA TV-nin məlumatına görə, paytaxt sakini Fərid Bayramov adlı şəxs Nəsimi rayon ərazisində, Cəlilabad rayon sakini Toğrul Əskərov isə Bakı şəhərində kirayə yaşadığı mənzilə gələrkən həbs olunub.


Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə Bakı şəhər sakini Fərid Bayramovda odlu silah olması barədə əməliyyat məlumatı daxil olub. Onun üzərinə baxış zamanı “Naqan” markalı tapança, eləcə də həmin odlu silaha aid 7 ədəd patron aşkar edilərək götürülüb.

 

Narkotik maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan Toğrul Əskərov isə yaşadığı mənzilə gələrkən saxlanılıb. Onun evinə baxış zamanı ümumi çəkisi 3 kiloqram 500 qram olan narkotik vasitə - tiryək aşkar edilərək götürülüb: "12-13 gün bundan qabaq narkotik vasitəni İran vətəndaşından almışdım. 3500 manat pul verəcəkdim ona, 12.500 manata satmaq istəyərkən tutuldum".

 

Hər iki faktla bağlı Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin İstintaq Şöbəsində cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.

Müəllif | Apa.Tv

OXŞAR XƏBƏRLƏR