"ASAN xidmət indeksi" üzrə dövlət xidmətlərinin qiymətləndirilmə mexanizminin təqdimatı keçirildi
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və "ADA" Universiteti tərəfindən hazırlanmış "ASAN xidmət indeksi" üzrə dövlət xidmətlərinin qiymətləndirilmə mexanizminin təqdimatı keçirilib. APA TV-nin məlumatına görə, tədbirdə çıxış edən universitetin rektoru Hafiz Paşayev rəhbərlik etdiyi ali təhsil müəssisəsi ilə Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi arasında mövcud uğurlu əməkdaşlıqdan söz açıb.
O, bu əməkdaşlığın sonrakı dövrdə daha da inkişaf edəcəyinə əminliyini ifadə edib.
Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov isə bu gün təqdim olunan "ASAN Xidmət indeksi" mexanizminin prezident İlham Əliyevin 9 iyun tarixində imzaladığı “Dövlət orqanları tərəfindən həyata keçirilən xidmətlərin Elektron Reyestrinin yaradılması ilə bağlı tədbirlər haqqında” 11 sentyabr 2014-cü il tarixli fərmanında dəyişiklik edilməsi haqqında müvafiq qərarında öz əksini tapıb.
Agentlik sədri müvafiq mexanizm işə düşdükdən sonra yalnız "ASAN Xidmət" mərkəzləri vasitəsilə deyil, o cümlədən eyniadlı portalda da vətəndaşlara göstərilən elektron xidmətlərin qiymətləndiriləcəyini və yekunda illik dəyərləndirmələrin aparılacağını qeyd edib.
Tədbirdə hər ilin noyabr ayında qurumlara sorğu anketlərinin göndərilməsi ilə başlayacaq və məlumatların toplanması, təhlili və nəticə mərhələlərindən ibarət olacaq qiymətləndirmə mexanizminin: xidmət haqqında məlumatlandırma, xidmətə müraciət imkanları, elektronlaşma və inteqrasiya, əməkdaşlara təlimlərin keçirilməsi, şikayət və nəzarət mexanizmləri, habelə, öyrənilmə və məlumatların toplanması kimi meyarlara əsaslanacağı vurğulanıb.
OXŞAR XƏBƏRLƏR
Növbəti köç karvanı Xankəndiyə çatıb
Xankəndiyə növbəti köç karvanı YOLA SALINIB
“Toxumçuluq haqqında” yeni qanun qüvvəyə minib
Dövlət başçısı: Azərbaycan sülh üçün səylərini bundan sonra da davam etdirəcək
APA Çinin nüfuzlu CCTV+ agentliyi ilə əməkdaşlıq sazişi imzaladı