Bağdadini zəhərləmək istədilər
İŞİD lideri Əbu Bəkr əl-Bağdadiyə sui-qəsd olunub. APA TV-nin Rusiya mətbuatına istinadən xəbərinə görə, o və terror qruplaşmasının üç komandirinə yeməklərinin içərisində zəhər verilib.
Hadisə İraqın cənub-qərbində, Suriya ilə həmsərhəd Mosul şəhərində törədilib. Bundan sonra həmin bölgədə Bağdadinin göstərişi ilə kütləvi həbslər başlayıb.
Terror qruplaşmasının bir neçə üzvünü ciddi nəzarət altında naməlum istiqamətə aparıblar.
Xatırladaq ki, aviazərbələrin hədəfinə tuş gəlməmək üçün Bağdadinin tez-tez yerini dəyişdiyi bildirilir. O, əsasən İraq və Suriya ərazilərində gizlənir. Onun harada olduğunu yalnız məhdud sayda insanlar bilir.
OXŞAR XƏBƏRLƏR
16:26
314
Növbəti köç karvanı Xankəndiyə çatıb
13:52
418
Xankəndiyə növbəti köç karvanı YOLA SALINIB
19:05
710
“Toxumçuluq haqqında” yeni qanun qüvvəyə minib
19:04
565
Dövlət başçısı: Azərbaycan sülh üçün səylərini bundan sonra da davam etdirəcək
12:35
667
APA Çinin nüfuzlu CCTV+ agentliyi ilə əməkdaşlıq sazişi imzaladı
12:34
451