Şəki sakini ayının hücumuna məruz qaldı, ölümdən döndü
Şəkidə 43 yaşlı kişiyə ayı hücum edib.
Şəki Rayon Mərkəzi Xəstəxanasından (RMX) APA TV-nin Şəki-Zaqatala bürosuna verilən məlumata görə, oktyabrın 2-i saat 16 radələrində rayonun Baş Şabalıd kənd sakini, 1973-cü il təvəllüdlü Şahin Mahir oğlu Qədimov alının qaşüstü nahiyəsinin və hər iki yuxarı ətrafın dişlənmiş və cırılmış yarası xəsarəti ilə xəstəxanaya daxil olub.
Müayinə zamanı məlum olub ki, 43 yaşlı Şahin Qədimov bu gün səhər saatlarında yaşadığı evin yaxınlığındakı dağlıq meşəlik ərazidə ailəsinə məxsus şabalıd sahəsinə şabalıdın yetişib-yetişmədiyini dəqiqləşdirmək üçün gedib. Bu zaman ərazidəki kolların arasında gizlənən ayı qəfildən Şahin Qədimova hücum edərək ona xəsarət yetirib. Daha sonra ayı ərazidən qaçıb.
Şahin Qədimova lazımi tibbi yardım göstərilib, quduzluq əleyhinə peyvənd edilib. Şahin Qədimovun müalicəsinin xəstəxananın cərrahiyə şöbəsində aparıldığı bildirilir
OXŞAR XƏBƏRLƏR
Növbəti köç karvanı Xankəndiyə çatıb
Xankəndiyə növbəti köç karvanı YOLA SALINIB
“Toxumçuluq haqqında” yeni qanun qüvvəyə minib
Dövlət başçısı: Azərbaycan sülh üçün səylərini bundan sonra da davam etdirəcək
APA Çinin nüfuzlu CCTV+ agentliyi ilə əməkdaşlıq sazişi imzaladı