Gəncə sakinlərindən 1 kq heroin götürüldü
Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Gəncə şəhər sakinləri Mürsəl Rüstəmzadə və Elmir Sultanov külli miqdarda narkotik vasitə olan heroini Bakı şəhərinə gətirərkən Abşeron rayonu ərazisində saxlanılıblar.
APA TV-nin xəbərinə görə, onların idarə etdiyi avtomobilə baxış zamanı 1 kiloqram heroin aşkar edilərək maddi sübut kimi götürülüb.
Saxlanılan Mürsəl Rüstəmzadə heroini İran İslam Respublikasının Həmid adlı vətəndaşından satış məqsədilə aldıqlarını bildirib: "Dostum Elmirlə Abşeron rayonu ərazisində olarkən polis əməkdaşları tərəfindən saxlanıldıq və avtomobildən aşkar edildi".
Elmir Sultanov onun dediklərini təsdiqləyib: "İran vətəndaşından aldıq. Avtomobilə baxış zamanı 1 kq heroin aşkar edildi. Polis əməkdaşları tərəfindən saxlanıldıq".
Araşdırmalar zamanı məlum olub ki, saxlanılan şəxslər narkotik vasitə olan heroini satmaq niyyəti ilə şəxsiyyəti hələ ki, istintaqa məlum olmayaq İran vətəndaşından alıblar. Qeyd edilən faktla bağlı Baş İdarənin İstintaq Şöbəsində cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.
OXŞAR XƏBƏRLƏR
Növbəti köç karvanı Xankəndiyə çatıb
Xankəndiyə növbəti köç karvanı YOLA SALINIB
“Toxumçuluq haqqında” yeni qanun qüvvəyə minib
Dövlət başçısı: Azərbaycan sülh üçün səylərini bundan sonra da davam etdirəcək
APA Çinin nüfuzlu CCTV+ agentliyi ilə əməkdaşlıq sazişi imzaladı