Latviya Seyminin sədri Fəxri Xiyabanı və Şəhidlər Xiyabanını ziyarət edib

Latviya Seyminin sədri İnara Murnietsenin rəhbərlik etdiyi nümayəndə heyəti bu gün Fəxri Xiyabanda ulu öndər Heydər Əliyevin məzarını ziyarət edib.

 

APA TV-nin məlumatına görə, seym rəhbərinin adından Heydər Əliyevin məzarı önünə əklil qoyulub.

 

Daha sonra İ.Murnietse Şəhidlər Xiyabanını ziyarət edərək, Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda canlarından keçən vətən oğullarının xatirəsini yad edib. Ardınca "Əbədi məşəl" kompleksinin önünə də əklil qoyulub.

 

Jurnalistlərə açıqlamasında Latviya Seyminin sədri ölkəmizlə Avropa Parlamenti arasında ikitərəfli münasibətlərin bərpa edilməsinə də münasibət bildirib: "Biz prezident İlham Əliyevlə görüşümüz zamanı təhsil və mədəniyyət sahəsində əlaqələrin inkişaf etdirilməsi barəsində müzakirə apardıq. Çox şadam ki, səfərim ərəfəsində Azərbaycan Avropa İttifaqı arasında münasibətlər yenidən bərpa olunub. Bu, olduqca müsbət haldır".

 

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR