Fətullah Güləni MEHDİ elan edən qərar ləğv edildi

Fəthullah Gülənin "Mehdi" olması, İsa peyğəmbərin onun arxasında namaz qılacağı barədə qərar Türkiyənin ali məhkəmə instansiyası - Yarqıtay tərəfindən ləğv olunub.

 

APA TV-nin məlumatına görə, İstanbul 18-ci Ağır Cəza Məhkəməsinin hakimi İlhan Qaragöz FETÖ rəhbərini dövlət çevrilişinə cəhddən 11 gün öncə "Mehdi" elan etmişdi.

 

“Balyoz Davası”nın bəzi vəkilləri bu prosesin başlanğıcında müəyyən şəxslərin öz işlərini düzgün görmədiklərinə görə məhkəməyə müraciət edib, onların cəzalandırılmasını istəyib. Hakim İlhan Qaragöz şikayətçilərin vəkillərinin xəbəri olmadan məhkəmə gününü önə çəkib. Məsələ ilə əlaqəsi olmamasına rəğmən bu qərarı verib: "Səid Nursinin kitabı "Asa'yı Musa" Fəthullah Gülən hoca ilə birlikdə ortaya çıxacaq, daha sonra İsa Peyğəmbər dünyaya gələcək və Mehdinin arxasında namaz qılacaq. Mən hər halda, bu qərarımla Mehdinin ikinci adamı - Ceh-Cah oluram".

 

İlhan Qaragöz dövlət çevrilişinə cəhddən sonra həbs olunub. Türkiyənin ali məhkəmə instansiyası - Yarqıtayın qərarı ilə Fəthullah Gülənin "Mehdiliyi" də aradan qaldırılmış oldu.

 

Müəllif | Apa.Tv
Elvin Bayramlı

OXŞAR XƏBƏRLƏR