Aydın Əliyev: “Toyuq və yumurta üçün gömrük rüsumlarının artırılmasına səbəb...”
Azərbaycana idxal edilən toyuq və yumurta üçün yüksək gömrük idxal rüsumlarının müəyyənləşdirilməsi daxili istehsalın artmasına hesablanıb.
APA TV-nin məlumatına görə, bunu Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyevbildirib.
Onun sözlərinə görə, bu gün hər bir istehlakçı kənd təsərrüfatı və yeyinti sayəsində Azərbaycanda istehsal olunan daha təzə məhsullara üstünlük verir: “Artıq Azərbaycanın dempinq qiymətləri ilə gətirilən məhsullar ölkədə istehsal olunan məhsullarla rəqabətdə olacaq, həmçinin Nazirlər Kabinetinin qəbul etdiyi qərarla Azərbaycanda istehsal olunan məhsulların inkişafına da daha böyük önəm verəcəyik”.
O bildirib ki, idxal olunan bəzi mallar üzrə gömrük rüsumunun artırılması Azərbaycanda qeyri-neft sektorunun inkişafını sürətləndirəcək. Bu qərarın təşəbbüskarlarından birinin Dövlət Gömrük Komitəsi olduğunu vurğulayan A.Əliyev deyib ki, komitə xam dəri üçün də yüksək gömrük idxal rüsumlarının müəyyənləşdirilməsi təklifi ilə çıxış edib: “Son illər Azərbaycanda müasir dəri istehsalı müəssisələri yaradılıb. Ümid edirik ki, bu qərar da yaxın günlərdə qəbul olunacaq”.
Qeyd edək ki, bu gün Bakıda “Əqli mülkiyyətin hüquqlarının təminatı” mövzusunda regional seminar işinə başlayıb. 5 gün ərzində davam edəcək seminar Azərbaycan Dövlət Gömrük Komitəsinin dəstəyi ilə Ümumdünya Gömrük Təşkilatı və BMT-nin transsərhəd cinayətləri ilə mübarizə regional ofisinin təşəbbüsü ilə keçirilir. Tədbirdə Azərbaycan gömrük xidməti nümayəndələri ilə birgə Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Özbəkistan nümayəndələri də iştirak edirlər.
OXŞAR XƏBƏRLƏR
Növbəti köç karvanı Xankəndiyə çatıb
Xankəndiyə növbəti köç karvanı YOLA SALINIB
“Toxumçuluq haqqında” yeni qanun qüvvəyə minib
Dövlət başçısı: Azərbaycan sülh üçün səylərini bundan sonra da davam etdirəcək
APA Çinin nüfuzlu CCTV+ agentliyi ilə əməkdaşlıq sazişi imzaladı