Azərbaycanlı miqrantlar ailə üzvlərini Rusiyaya apara bilməyəcək - YENİ QADAĞA!
Rusiyada miqrasiya qanunvericiliyi daha da sərtləşdiriləcək. Moskva merinin müavini Leonid Peçatnikov bildirib ki, təklif olunan yeni dəyişikliklər miqrantların öz ailə üzvlərini Rusiyaya gətirməsini çətinləşdirəcək.
APA TV-nin xəbərinə görə, yeni təklifin bir ay ərzində qanuna əlavə edilməsi gözlənilir. Dəyişikliyə əsasən, yalnız minimum istehlak səbətinin dəyərindən iki dəfə artıq maaş alan miqrantlara ailə üzvlərini Rusiyaya gətirməyə razılıq veriləcək.
Hazırda Moskvada minimum istehlak səbətinin dəyəri 11913 rubl, yaxud 400 dollardır. Dəyişiklikdən sonra ayda rəsmi olaraq 800 dollardan az maaş alan miqrantlar ailə üzvlərini Moskvaya apara bilməyəcəklər. Belə miqrantların ailə üzvləri Rusiya paytaxtına yalnız qısa müddətə, turist qismində gedə biləcəklər.
Miqrasiya qanunvericiliyinə təklif olunan digər dəyişikliyə əsasən, sahibkar işə götürdüyü hər xarici vətəndaş üçün dövlətə əlavə olaraq 200-400 dollar arası rüsum ödəməli olacaq.
Bundan başqa, sahibkar MDB ölkələrindən olan vətəndaşları işə götürməsinin səbəbini dövlət qurumlarına əsaslandırmağa məcburdur. Sahibkarlar həmçinin miqrantların xidmətindən istifadə edirsə, büdcəyə ödədiyi gəlir vergisini üç ay əvvəldən ödəməli olacaq.
Ekspertlərin fikrincə, tətbiq olunan qadağalar sahibkarların miqrantları işə götürməkdən çəkindirəcək.

OXŞAR XƏBƏRLƏR
19:44
901
Səhiyyə Nazirliyi: Azad edilmiş ərazilərdə xəstəxanaların layihələndirilməsi işləri gedir
19:18
928
"Azərbaycanın yaratdığı əməkdaşlıq irsinə əsaslanan model formalaşdıracağıq"
16:42
1163
Bakıda leysan, dağlarda qar gözlənilir - HAVA PROQNOZU
17:21
2191
Bakıda və bölgələrdə güclü külək gözlənilir
17:20
2165
Yardımlıda qədim dəfn adətlərinə dair FAKTLAR ÜZƏ ÇIXDI
17:06
1993