Türkiyənin hücumu ərəfəsində Əsəd İŞİD-ə gizlin məlumat ötürüb
"Azad Suriya Ordusu Əl-Baba hücuma hazırdır, Türkiyədən icazə gözləyir". APA TV-nin Türkiyə mətbuatına istinadən məlumatına görə, 40 gündür davam edən "Fərat qalxanı" əməliyyatında kritik mərhələyə gəlinib.
Müxaliflər Türkiyədən razılıq gəldiyi təqdirdə, Əl-Bab şəhərinə İŞİD terrorçularından azad etmək üçün hücuma başlayacaq. Əl Babın azad olunması İŞİD-in "paytaxtı" Raqqaya gözlənilən əməliyyatların yolunu açacaq.
Əl-Babda təxminən 1000 İŞİD terrorçusunun Suriya rejiminin kəşfiyyat orqanı "əl-Muhaberat"dan gizli dəstək aldığı barədə məlumatlar yayılıb. İŞİD aldığı informasiya dəstəyi ilə bölgədə xəndək və barrikadalar hazırlayır. "Əl-Muhaberat"ın Rusiyanın Əsəd rejiminə ötürdüyü internet şəbəkəsini İŞİD-ə verdiyi təsbit olunub. Terror təşkilatının "Doçka" zenit silahlarını pikaplara quraşdırdığı, tank vuran raketləri Əl-Baba gətirdiyi barədə məlumat var.
Yerli mənbələr İŞİD-in ən böyük gücünün Dabık-Suran bölgəsində toplandığı bildirir. Müxaliflərin öncə Suran və Akterinə əməliyyat təşkil edəcəyi gözlənilir. Əgər bu iki yer alınarsa Dabık, Dabık alınarsa Əl-Bab rahatlıqla terrorçulardan azad oluna bilər. İŞİD Dabıkı "Böyük müharibənin olacağı yer" olaraq qiymətləndirdiyi üçün bura qüvvə yığır.
Azad Suriya Ordusu hazırda Akterinə yaxın Tel Ar, Avaşiya və Qurur kəndini ələ keçirib. Dünən isə Uvayşiyah, Tall Atiyah, Cubban, əl-Eyyübiyah nəzarətə alınıb. Müxaliflər aypara şəklində hərəkət edərək terrorçuları mühasirəyə almağa çalışır.
OXŞAR XƏBƏRLƏR
Növbəti köç karvanı Xankəndiyə çatıb
Xankəndiyə növbəti köç karvanı YOLA SALINIB
“Toxumçuluq haqqında” yeni qanun qüvvəyə minib
Dövlət başçısı: Azərbaycan sülh üçün səylərini bundan sonra da davam etdirəcək
APA Çinin nüfuzlu CCTV+ agentliyi ilə əməkdaşlıq sazişi imzaladı