İŞİD mövqelərinə 301 dəqiq zərbə - 13 ÖLÜ
Suriyada Türkiyənin dəstəklədiyi "Fərat qalxanı" əməliyyatı çərçivəsində növbəti döyüşdə 13 İŞİD üzvü məhv edilib, Azad Suriya Ordusunun 15 döyüşçüsü öldürülüb, 35- yaralanıb.
APA TV-nin Türkiyə mətbuatına istinadən məlumatına görə, Türk Silahlı Qüvvələri tərəfindən terrorçuların 63 nöqtəsinə 301 zərbə endirib. Son döyüş zamanı İŞİD mövqeləri 11 dəfə havadan bombalanıb, terror qruplaşmasının ağır itkilər verdiyi bildirilir.
Hücum zamanı Rai bölgəsinin cənubunda 7 məntəqənin təmizlənməsi əməliyyatı davam etdirilib, xüsusi ilə Boztəpə, Hardahan və Türkmən Barı ərazilərində İŞİD-lə qarşıdurmalar qeydə alınıb.
Bu arada dünən Kilis şəhərinin "Katyuşa"larla atəşə tutulmasından sonra Türkiyə tərəfi buna "Fırtına" topları ilə qarşılıq verib. İŞİD-in sığındığı binaların məhv edildiyi, çoxlu terrorçunun öldürüldüyü deyilir. Bundan başqa İŞİD aid xeyli silah-sursat, 6 silah yüklü pikap, ərzaq dolu bir yük maşını, 7 "Katyuşa", 3 çadır düşərgəsi məhv edilib.
Açıqlamada ümumilikdə 1720 hədəfə 6629 "Fırtına", 1294 tank zərbəsi endirildiyi vurğulanır. Hava qüvvələrinin Aktarin, Türkmən Barı və Dabıktakı 9 İŞİD mövqeyini 10 dəfə bombaladığı, silah və ərzaq deposu olan 9 binanın dağıdıldığı deyilir.
Bundan əlavə, koalisiya qüvvələrinin Ziyadiyah, Bhrutah, Duvaybık, Aktarin və Türkmən Barı məntəqələrinə 11 hava hücum etdiyi, 13 terrorçunun öldürüldüyü, İŞİD-ə məxsus kəşfiyyat və nəzarət məntəqələrinin, 4 sığınacağın, 3 maşının sıradan çıxarıldığı açıqlanıb.
Bildirilir ki, terror qruplaşması tərəfindən istifadə edilən və Türkiyənin sərhədləri yaxınlığında koalisiya qüvvələrinin əməliyyatına dəstək verən Türk Silahlı Qüvvələri bölgədə yaşayan mülki əhalinin zərər görməməsi üçün bütün tədbirləri görür və bunu xüsusi olaraq diqqətdə saxlayır.
OXŞAR XƏBƏRLƏR
Növbəti köç karvanı Xankəndiyə çatıb
Xankəndiyə növbəti köç karvanı YOLA SALINIB
“Toxumçuluq haqqında” yeni qanun qüvvəyə minib
Dövlət başçısı: Azərbaycan sülh üçün səylərini bundan sonra da davam etdirəcək
APA Çinin nüfuzlu CCTV+ agentliyi ilə əməkdaşlıq sazişi imzaladı