Şirkət rəhbərinin 60 min pulunu aparan oğlu və qardaşı oğlu: "İş quracaqdıq"
“Cahan Holding” MMC-nin Gəncə filialından içində pul olan kassanı aparan şəxslər saxlanılıb. APA TV-nin qərb bürosunun verdiyi məlumata görə, sentyabrın 29-da gecə saatlarında iki nəfər maskalı şəxs holdinqin Gəncə filialına daxil olaraq mühafizəçi Əziz Tazənin əl-qolunu bağlayaraq orada olan içərisində 39 min 400 manat və 5700 dolları olan pul seyfini, həmçinin şirkətin nəzarət kameralarının yaddaş qurğularını aparıblar. Əməliyyat tədbirləri zamanı məlum olub ki, quldurluğu holdinqin Gəncə filialının rəhbəri Azər Əliyevin oğlu 24 yaşlı Asif Əliyev və onun əmisi oğlu və həmyaşıdı Vasif Əliyev törədiblər.
Kəpəz rayon Polis idarəsinin rəisi Azər Tağıyev oğurlanan puuların maddi sübut kimi götürülüb: “Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarış İdarəsi, Xəzər Rayon Polis İdarəsi, Gəncə şəhər Baş Polis İdarəsi və Kəpəz Rayon Polis İdarəsi əməkdaşlarının birgə keçirdiyi əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakinləri - Əliyev Asif Azər oğlu və onun əmisi oğlu Əliyev Vasif Baba oğlu Bakı şəhərində yaxalanaraq istintaqa təqdim olunub. Onların quldurluq yolu ilə ələ keçirdiyi pul və digər əşyalar maddi sübut kimi götürülüb”.
Saxlanılan şəxslər borcları olduğu üçün quldurluq etdiklərini bildiriblər. Oğurlanan məbləğin 11 min manatının borc üçün ödəndiyini, qalan pullarla isə iş qurmaq niyyətində olduqlarını deyiblər.
Faktla bağlı cinayət işi açılıb, istintaq gedir.
OXŞAR XƏBƏRLƏR
Növbəti köç karvanı Xankəndiyə çatıb
Xankəndiyə növbəti köç karvanı YOLA SALINIB
“Toxumçuluq haqqında” yeni qanun qüvvəyə minib
Dövlət başçısı: Azərbaycan sülh üçün səylərini bundan sonra da davam etdirəcək
APA Çinin nüfuzlu CCTV+ agentliyi ilə əməkdaşlıq sazişi imzaladı