Rusiyada yaşayan azərbaycanlı ailənin bütün üzvləri məhkəmə qarşısında!
Rusiyanın Primorsk diyarının Naxodka şəhərində yaşayan azərbaycanlı ailəsinin bütün üzvləri həbs edilə bilər.
APA TV-nin məlumatına görə, mühacir həyatı yaşayan ailənin Orta Asiyadan bölgəyə heroin daşınması ilə məşğul olduğu iddia edilir.
Xatırladaq ki, kriminal ailənin üzvləri bu ilin aprel ayında Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb. İstintaq zamanı onların narkotik vasitələrin ticarətini internet vasitəsilə təşkil etdikləri məlum olub.
Saxlanılan şəxslərin evindəki axtarışlar zamanı külli-miqdarda narkotik vasitələr, bank kartları, mobil telefonlar və 400 min rubl məbləğində nağd pul müsadirə edilib.
Qeyd edək ki, təqsirləndirilən şəxslərin cinayəti sübuta yetirilərsə, onların hər birini 15 ilədək həbs cəzası gözləyir.
OXŞAR XƏBƏRLƏR
Növbəti köç karvanı Xankəndiyə çatıb
Xankəndiyə növbəti köç karvanı YOLA SALINIB
“Toxumçuluq haqqında” yeni qanun qüvvəyə minib
Dövlət başçısı: Azərbaycan sülh üçün səylərini bundan sonra da davam etdirəcək
APA Çinin nüfuzlu CCTV+ agentliyi ilə əməkdaşlıq sazişi imzaladı