Manat bahalaşdı - HƏFTƏNİN İLK MƏZƏNNƏSİ
Azərbaycan Mərkəzi Bankı xarici valyutaların yeni məzənnələrini açıqlayıb.
APA TV-nin məlumatına görə, ABŞ-ın milli valyutası olan dollar sentyabr ayının 30-u ilə müqayisədə manat qarşısında dəyər itirərək 1,6170 manat olub.
Avro da ucuzlaşıb. Avrozonanın vahid valyutası hazırda 1,8166 manat dəyərindədir.
Rəsmi məzənnəyə əsasən, 1 ingilis funt sterlinqi 2,0925 manatdır. Beləliklə, funt sterlinqin kursunda da ucuzlaşma qeydə alınıb.
Rusiya rublunun məzənnəsi dəyişməyib, Türkiyə lirəsi və Gürcüstan larisi isə ucuzlaşıb. Hazırda 1000 rublun məzənnəsi 25 manat 70 qəpik, 100 türk lirəsi isə 53 manat 82 qəpik, 100 lari hazırda 69 manat 19 qəpikdir.
Azərbaycan Mərkəzi Bankı xarici valyutaların məzənnələrini həftə içi hər gün yeniləyir. Cümə günü axşam isə 3 günlük məzənnə açıqlanır.
OXŞAR XƏBƏRLƏR
Növbəti köç karvanı Xankəndiyə çatıb
Xankəndiyə növbəti köç karvanı YOLA SALINIB
“Toxumçuluq haqqında” yeni qanun qüvvəyə minib
Dövlət başçısı: Azərbaycan sülh üçün səylərini bundan sonra da davam etdirəcək
APA Çinin nüfuzlu CCTV+ agentliyi ilə əməkdaşlıq sazişi imzaladı