Tərtər, Xocavənd və Goranboy istiqamətində atəşkəs pozuldu

Azərbaycan torpaqlarının bir hissəsini işğal altında saxlayan erməni silahlı bölmələri qoşunların təmas xəttində atəşkəsi pozmaqda davam edir.

 

Müdafiə Nazirliyindən APA TV-yə verilən məlumata görə, erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini ümumilikdə 9 dəfə pozub.


İşğal altında olan Tərtər rayonunun Çiləbürt, Xocavənd rayonunun Kuropatkino kəndləri yaxınlığında, həmçinin Goranboy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR