Dollar möhkəmləndi, neftin qiymətinə dair proqnozlar özünü doğrultmadı

Dünya bazarında neftin qiyməti 50 dollar ətrafında sabitləşir. Həftənin ilk seanslarında "Brent" neftinin bir bareli 50,18 dollardan satılıb, daha sonra qiymətlər 49,94 dollar səviyyəsinə enib.

 

Qərbi Texas neftinin qiyməti də 48 dollar həddini keçib. İlk hərraclarda WTİ nefti 48,22 dollardan satılıb, hazırda bu neft 47,90 dollardan təklif olunur.

 

Neftin qiymətinin artacağına dair proqnozların özünü doğrultmamasına ötən cümə ABŞ dollarının möhkəmlənməsi səbəb olub. Dolların bahalaşması bir qayda olaraq neftin ucuzlaşmasına səbəb olur, çünki digər valyutalardan istifadə edən alıcılar üçün dollar əldə etmək daha baha başa gəlir. Bu gün neftin qiymətinə təsir göstərəcək amillər birbaşa ABŞ iqtisadiyyatının durumu ilə bağlı olacaq. Sərmayədarlar ABŞ-da şəxsi xərclərə, istehlak səbətinin dəyərinə və Çikaqoda istehsal aktivliyinə dair hesabatların açıqlanmasını gözləyirlər. 

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR