Macarıstan qaçqınlara qarşı: referendum baş tutmadı
Macarıstanın baş naziri Viktor Orban parlamenti ölkədə keçirilən referendumun nəticələrini tanımağa çağırıb.
APA TV-nin Rusiya mətbuatına istinadən məlumatına görə, Macarıstanda ümumxalq səsverməsi qaçqınların ölkə ərazisində yerləşdirilməsi məsələsi ilə bağlı keçirilib.
Seçkidə iştirak edənlərin 98 faizi referenduma çıxarılan məsələnin əleyhinə səs verib. Buna rəğmən, referendumda əhalinin iştirak səviyyəsi 50 faizlik həddi keçə bilmədiyindən Seçki Komissiyası nəticələrin etibarsız sayılmasına qərar verib.
Qeyd edək ki, Avropa Komissiyanın planına görə, rəsmi Budapeşt növbəti iki il ərzində 2,500 000 miqrantı mütləq qaydada qəbul etməlidir. Ötən il ölkə sərhədlərini keçən qaçqınların sayı isə 400 min nəfər olub. Bundan sonra Macarıstan hökuməti cənub sərhədlərinin mühafizəsini ciddi şəkildə gücləndirib.
OXŞAR XƏBƏRLƏR
Növbəti köç karvanı Xankəndiyə çatıb
Xankəndiyə növbəti köç karvanı YOLA SALINIB
“Toxumçuluq haqqında” yeni qanun qüvvəyə minib
Dövlət başçısı: Azərbaycan sülh üçün səylərini bundan sonra da davam etdirəcək
APA Çinin nüfuzlu CCTV+ agentliyi ilə əməkdaşlıq sazişi imzaladı