Siyəzəndə maşın aşdı: 3 nəfər xəsarət alıb

Siyəzəndə yol nəqliyyat hadisəsi baş verib.

 

APA TV nin şimal bürosunun verdiyi məlumata görə, qəza Bakı-Quba yolunun 84-cü km-də qeydə alınıb.

 

“Kia Rio” markalı maşının aşması nəticəsində 3 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri ilə Siyəzən Regional Diaqnostika Mərkəzinə yerləşdirilib. Onlar Bakı şəhər sakinləri - 1976-cı il təvəllüdlü Əsədova Vəsilə Fərhad qızı, 2008-ci il təvəllüdlü Əsədi Həsən Zaur oğlu və 2005-ci il təvəllüdlü Məmmədli Şamil Eldəniz oğludur.  Qəzaya səbəb maşının təkərinin yoldakı çuxura düşərək partlaması olub.

 

Faktla bağlı araşdırmalar davam etdirilir.

 

Müəllif | Apa.Tv
Vəli Turan

OXŞAR XƏBƏRLƏR