Qəzada yaralananlara kömək etmək üçün maşından düşdü, özünü maşın vurdu

Bakı-Quba yolunda ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.

 

APA TV-nin şimal bürosunun verdiyi məlumata görə, qəza Siyəzən rayonunun Gilgilçay kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

 

99 AC 039 dövlət nömrə nişanlı "Azsamand" markalı avtomaşınla 10 UT 453 dövlət nömrə nişanlı "VAZ 2106" markalı maşın  toqquşub.

 

Qəza nəticəsində "Azsamand" yol kənarındakı dəmir maneəyə çırpılıb. Nəticədə "Azsamand"da olanlardan biri dünyasını dəyişib. Qəzada xəsarət alanlara kömək məqsədilə "Ford" markalı maşından düşən qadın sərnişini isə yoldan keçən maşınlardan biri vurub. Orta yaşlı qadın  hadisə yerində dünyasını dəyişib. Hadisəni törədən sürücü qaçıb.

 

Qəza zamanı xəsarət alan şəxslər Siyəzən Regional Diaqnostika Mərkəzinə yerləşdirilib.

 

Faktla bağlı araşdırmalar davam etdirilir.

 

Müəllif | Apa.Tv
Vəli Turan

OXŞAR XƏBƏRLƏR