Polis yüzlərlə aksiya iştirakçısını öldürdü
Efiopiyanın Oromia bölgəsində polisin aksiya iştirakçılarına açdığı atəş nəticəsində yüzlərlə insan öldürülüb. APA TV-nin Türkiyə mətbuatına istinadən xəbərinə görə, ölkənin milli bayramı ilə bağlı keçirilən tədbirdə insanlar hökumət əleyhinə şüarlar səsləndirməyə başlayıb.
300 nəfərin öldüyü aksiyada polis əvvəlcə etirazçılara bibər qazı sıxıb, daha sonra atəş açıb. Aksiyada 100 mindən çox insan edib.
Hökumət bu yaxınlarda əkin sahələrini ləğv edərək paytaxt Əddis-Əbəbbənin sərhədlərinin genişləndirilməsi üçün istifadə edib. Buna qarşı ölkədə keçən ildən etirazlar başlayıb. Bu ərazilərdə əsasən Oromo qəbiləsinin nümayəndələri yaşayır. Onların sayı 35 milyondan çoxdur.
Şahidlər polisin xalqa qəfildən atəş açdığını bildirir. Onlar insanların havadan helikopterlər vasitəsi ilə də gülləbaran edildiklərini iddia edir.
OXŞAR XƏBƏRLƏR
Növbəti köç karvanı Xankəndiyə çatıb
Xankəndiyə növbəti köç karvanı YOLA SALINIB
“Toxumçuluq haqqında” yeni qanun qüvvəyə minib
Dövlət başçısı: Azərbaycan sülh üçün səylərini bundan sonra da davam etdirəcək
APA Çinin nüfuzlu CCTV+ agentliyi ilə əməkdaşlıq sazişi imzaladı