Roma Papası Hacı Allahşükür Paşazadə ilə görüşüb
"Sizin Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq norması çərçivəsində ədalətli həllinə səy göstərəcəyinizə ümidvarıq". APA TV-nin məlumatına görə, bu sözləri Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə Roma Papası Fransisklə Azərbaycanda fəaliyyət göstərən dini icma liderlərinin görüşündə deyib. O bildirib ki, dünya katoliklərinin lideri kimi Papanın fəaliyyəti böyük diqqətlə izlənir.
QMİ sədri bildirib ki, Papanın dünyanı narahat edən məsələlərə tənqidi münasibəti, miqrant problemi ilə bağlı qınağı, terrorun səbəblərini pisləyərək İslam dininin adının terrorla yanaşı çəkilməsinə etirazı, ksenefobiya hallarına qarşı qətiyyətli çıxışları böyük əhəmiyyət kəsb edir. O, Azərbaycanda yaşayan müxtəlif konfessiya nümayəndələrinin bütün yüksək səviyyəli tədbirlərdə olduğu kimi Roma Papası ilə görüşdə də iştirak etdiyini vurğulayıb. Bunu Azərbaycanın gerçəkliyi, bizim adi həyat tərzi kimi səciyyələndirib, dini müxtəlifliyin Azərbaycanın milli sərvəti olduğunu qeyd edib. Azərbaycanın bəşəri dəyərlərə ehtiram və qayğı ilə yanaşdığını diqqətə çatdırıb
Hacı Allahşükür Paşazadə dünyanın müxtəlif nöqtələrində Heydər Əliyev Fondunun prezidenti , ölkənin birinci xanımı Mehriban Əliyevanın nəcib təşəbbüsləri ilə tarixi dini abidələrə yeni həyat verildiyini diqqətə çatdırıb. Vatikanda bu fondun xətti ilə həyata keçirilən işlərin böyük əhəmiyyətə malik olduğunu vurğulayıb.
QMİ sədri deyib ki, Azərbaycan dini mədəniyyət abidələrinin, müqəddəs kitabların, dini atributların hər hansı formada aşağılanmasının əleyhinədir. "Biz təcavüz, terror və digər ekstremist əməllər nəticəsində qaçqın və məcburi köçkün vəziyyətinə düşmüş insanların tezliklər öz torpaqlarına qayıtması üçün dualar edir, bu kimi bəlalara düçar olmuş insanlara münasibətdə ədalətli və mərhəmətli olmağa çağırırıq. Nüfuzlu dini lider kimi, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinin vacibliyinə dair səsələndirdiyiniz fikirləri həssaslıq və ehtiramla qarşılayırıq. Azərbaycan xalqı və dövləti hər zaman münaqişənin beynəlxalq hüquq normaları çərçivəsində sülh yolu ilə ədaləti həllini istəyir. Münaqişəsjnin sülh yolu ilə həlli istiqamətində dəfələrlə Ermənistanın dini lideri ilə bir araya gəlmişik. Birlikdə bəyan etmişik ki, bu münaqişə dini münaqişə səciyyəsi daşımır”, - deyə o bildirib.
Xatırladaq ki, oktyabrın 2-də Roma Papası Fransiskin Azərbaycana bir günlük səfəri başa çatıb.
OXŞAR XƏBƏRLƏR
Növbəti köç karvanı Xankəndiyə çatıb
Xankəndiyə növbəti köç karvanı YOLA SALINIB
“Toxumçuluq haqqında” yeni qanun qüvvəyə minib
Dövlət başçısı: Azərbaycan sülh üçün səylərini bundan sonra da davam etdirəcək
APA Çinin nüfuzlu CCTV+ agentliyi ilə əməkdaşlıq sazişi imzaladı