Roma Papası və Azərbaycan prezidenti ictimaiyyət qarşısında çıxış ediblər

Bakıda səfərdə olan Roma Papası Fransisk Şəhidlər Xiyabanını ziyarət edib.

 

 APA TV-nin məlumatna görə, o, “Əbədi məşəl” kompleksinin önünə əklil qoyub.


Mərasimdə dövlət himnləri səsləndirilib.

 

 Daha sonra Roma Papası Fransiskin Heydər Əliyev Mərkəzində ictimaiyyətlə görüşü olub. Görüşdə Azərbaycan prezidenti İlham Əliev bu səfərin Azərbaycan-Vatikan əlaqələrinin inkişafına böyük dəstək verəcəyini bildirib.

Dövlət başçısı bu səfərin dinlərarası dialoqun yaşandığına sübut olduğunu xüsusi vurğulayıb. Vatikan muzeylərində Azərbaycanın müstəqilliyinin 20 illiyinə həsr olunmuş sərgi keçirildiyini deyib, müsəlman ölkəsi kimi bunun ilk dəfə Azərbaycanla bağlı olduğunu diqqətə çatdırıb.

 

Dövlət başçısı bildirib ki, əsrlərlə Azərbaycanda xalqlar sülh, əmin-amanlıq şəraitində yaşayıb.

"Azərbaycan həmişə Şərqlə Qərb arasında coğrafi, mənəvi körpü rolunu oynayıb. Ən böyük məscidlərdən biri olan Şamaxı məscidi, qədim Alban kilsəsi, o cümlədən Abşeronda atəşkəs məbədi yerləşir. 2008-ci ildə Bakıda katolik kilsəsi açılıb. Bakıda katolik kilsəsi 1912-ci ildə inşa edilib, ancaq 1934-cü ildə sovet hakimiyyəti tərəfindən digər dini abidələr kimi dağıdılıb. Müstəqil Azərbaycan dövləti qərar qəbul etdi ki, katolik kilsəsi yenidən tikilsin. Bu gün Roma Papası həmin kilsədə dini ayin keçirdi. Biz tarixi ədalətsizliyi aradan qaldırdıq".

 

Prezident İlham Əliyev qeyd edib ki, Azərbaycanda dinlər, xalqlar arasında münasibətlər nümunəvi xarakter daşıyır: "Azərbaycan 2008-ci ildə Bakı Prosesini başlayıb. Ölkəmiz həm Avropa Şurası, həm də  İslam Əməkdaşlıq Təşkilatının üzvüdür", - deyə o bildirib. 2009-cu ildə Bakıda İslam Əməkdaşlıq Təşkilatının mədəniyyət nazirlərinin toplantısına Avropa Şurasının dəvət edildiyini deyən prezident Bakıda dünya dini liderlərinin zirvə toplantılarının keçirildiyini diqqətə çatdırıb, Humantar Forumların baş tutduğunu xatırladıb. Bütün bu tədbirlərdə  dinlər arasında qarşıdurmaların olmamasına xidmət edildiyini bildirib. Bunun nəticəsi olaraq, BMT-nin Bakıda 7-ci Sivilizasiyalararası Sammitin keçirilməsi barədə qərar verdiyini deyib.
 

Dövlət başçısı bildirib ki, Azərbaycanda bütün dinlərin nümayəndələri ləyaqətlə yaşayır.

 

Prezident İlham Əliyev deyib ki, savadlılıq radikalizmə, nadanlığa qarşı əsas maneədir və Azərbaycanda savadlılıq 100 faizdir:

"Biz milli-mənəvi dəyərlərimizə çox sadiqik. Eyni zamanda bir müasir ölkəyik. Əfsuslar olsun ki, 1990-cı ildə Ermənistanın hərbi təcavüzü nəticəsində tarixi torpağımız olan Dağlıq Qarabağ və ətraf yeddi rayon işğal edilib. Azərbaycan xalqına qarşı etnik təmizləmə siyasəti aparılıb, Xocalı soyqırımı törədilib. 10 ölkə bu soyqırımını tanıyıb. ATƏT regiona iki dəfə faktaraşdırıcı missiya göndərib. Üzə çıxarılan faktlar insanı dəhşətə gətirir. Bütün məscidlərimiz, qəbiristanlıqlarımız dağıdılıb. Biz isə Bakıda erməni kilsəsini bərpa etmişik. Ona görə də təsadüfi deyil ki, Azərbaycanı multikulturalizm mərkəzi kimi tanıyırlar".

 

Dövlət başçısı bildirib ki, Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməlidir:

"Bu münaqişədən xalqımız böyük əziyyət çəkir. Münaqişə dövründə əhalisi 8 milyon nəfər olan Azərbaycanın əhalisinin 1 milyonu qaçqın və məcburi köçkün idi. Buna baxmayaraq, Azərbaycan 25 ildə şərəfli yol keçib. Bir neçə il əvvəl Azərbaycan BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilmişdi. Azərbaycan ölkəmizdə yaşayan bütün xalqların doğma vətənidir". 


Görüşdə çıxış edən Roma Papası Fransisk bildirib ki, xalqımızın zəngin mədəniyyətinə heyran olub. O vurğulayıb ki, dinlər hər hansı etnik və ideoloji mənsubiyyət zorakılığının əleyhinədir.

 

Roma Papası çıxışında dünyada hazırda çoxsaylı münaqişələrin yaşandığını deyib. Bu cür təhlükəli meyllərə qarşı qətiyyətlə mübarizə aparmaq üçün sülh mədəniyyətini inkişaf etdirməlisinin vacibliyini önə çəkən Papa bu dialoqun aparılması üçün bütün işlərə səbirlə yanaşılmalı olduğunu bildirib. Xüsusi ilə vurğulayıb ki, dövlətlərarası əlaqələrdə də müdrik addımlar atılmalıdır. O, insanların azadlığı üçün çalışmağın əsas məsələ olduğunu xatırladıb. Sülh yalnız bu halda təmin olunacağını qeyd edib.

Fransisk Azərbaycanda ilk dəqiqələrindən nə qədər insanın qanlı münaqişədən əziyyət çəkdiyinin şahidi olduğunu bildirib, beynəlxalq ictimaiyyətin bunu daim diqqətdə saxlamalı olduğunu vacib hesab etdiyini dilə gətirib. Papa bölgəyə sülh arzulayıb, Tanrının yardımı ilə dialoq və danışıqlar vasitəsi ilə Qafqaz regionunda münaqişələrin həllini tapmasını diləyib.


 

Müəllif | Apa.Tv
Nəsimi Nəbizadə

OXŞAR XƏBƏRLƏR