Prezident İlham Əliyev Roma Papasını qarşılayıb

“Gənclik” Prezident Sarayı meydanında Roma Papası Fransiskin qarşılanma mərasimi keçirilib.

 

APA TV-nin məlumatına görə, Papa Fransiski Azərbaycan prezidenti İlham Əliyev qarşılayıb.



Papanın şərəfinə fəxri Qaravul dəstəsi düzülüb.

 

Daha sonra vatikan və Azərbaycanın dövlət himnləri səsləndirilib. Azərbaycan prezidenti İlham Əliyev və Roma Papası qaravul dəstəsinin önündən keçib.  Ardınca ali qonaq Azərbaycan dilində Azərbaycan əsgərini salamlayıb.


 

Roma papası Azərbaycan hökumət nümayəndələri, Azərbaycan prezidenti isə Romadan gəlmiş nümayəndə heyəti ilə salamlaşıb.


 

 

Daha sonra Roma Papası Fransisklə Azərbaycan prezidenti arasında görüş başlayıb. Görüşdə Azərbaycanın birinci xanımı Mehriban Əliyeva da iştirak edib.

 

Azərbaycan prezidenti İlham Əliyev Roma papası Fransiski Azərbaycanda salamlamaqdan məmnun olduğunu bildirib:

”Sizin səfəriniz tarixi bir səfərdir. Çox təşəkkür edirəm ki, dəvətimi qəbul edib Azərbaycana səfər etdiniz. Azərbaycanda bütün dinlərin nümayəndələri bir ailə kimi sülh və mehribanlıq şəraitində yaşayır".


Roma Papası Fransisk Prezident İlham Əliyevlə görüşü zamanı ona Vatikan səfərini xatırladaraq, bu səfərə görə təşəkkür edib.  O, Azərbaycanda səmimi qəbula görə minnətdarlağını bildirib.  İndiki dövrdə xüsusilə Avropa dövlətlərində mənəvi və mədəni zənginliklərin çox böyük əhəmiyyət kəsb etdiyini deyib. Fransisk bunun, insanlar üçün vacib olduğunu vurğulayıb. Papa əlaqələrin məhsuldar olduğunu təqdir edib.

 


 

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR