Roma Papası Fransisk Bakıya gəlib

Oktyabrın 2-də Roma Papası Fransiskin Azərbaycana səfəri başlayıb. APA TV-nin məlumatna görə, Heydər Əliyev Hava Limanında qonağı baş nazirin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Xələf Xələfov və qarşılayıb.

 

Roma Papasının Azərbaycana səfəri “Hamımız qardaşıq” şüarı altında həyata keçirilir.

 

Hava limanından Papa Fransisk birbaşa Bakıdakı Katolik kilsəsinə gəlib. O, dua mərasimində (messa) çıxış edib, xristian dininin müqəddəs kitabı olan “İncil”dən sitatlar gətirib. Papası Fransisk çıxışında dünyaya iman, sülh və ədalət mesajı verib.

 

Roma Papası Fransisk Bakıdakı Katolik kilsəsində dua mərasimində (messa) çıxış edib. Bildirib ki, buraya gəlməsi üçün pul xərclənir. "Bura təkmillətli, təkdinli cəmiyyət deyil. Siz burada ingilis, ispan, rus, Azərbaycan dillərində danışırsınız. Bəzən demək olar ki, bu cəmiyyət kilsənin kənarında qalır. Bu mənada Roma Papası Müqəddəs Ruha oxşamaq istəyir. Müqəddəs Ruh Yerusəlim şəhərində balaca bir cəmiyyətdə göydən yerə endi. O vaxtlar Yerusəlim də kilsədən kənarda idi. Bir anda bu qapılar açıldı. İndi Roma Papası Müqəddəs Ruh kimi vaxt itirir. İki şey çox vacibdir. Heç vaxt ananı unutmamaq və qorxmadan irəli getmək".

Azərbaycandakı Katolik kilsəsinin ordinarisi Vladimir Fekete Roma Papası Fransiskin iştirakı ilə kilsədə baş tutan dua mərasimindən sonra Papaya təşəkkür  edib.

 

O deyib ki,  bu gün Azərbaycandakı yerli kilsə və ölkənin bütün xalqı Rəbbdən qeyri adi hədiyyə alıb.

 

Daha sonra üzərində Bakıdakı katolik Kilsəsinin şəkli olan xalça Roma Papasına hədiyyə edilib. Papa çıxışı edib və xeyirxah işlərə imza atan Selezian ailəsinə salamlarını çatdırıb: “İnsanlara xidmət etmək üçün həyata keçirdiyiniz işləri davam etdirin”, - deyə o bildirib.

 

Müəllif | Apa.Tv
Nəsimi Nəbizadə

OXŞAR XƏBƏRLƏR