Şəmkirdə “Mercedes” aşdı: 1 ölü

Şəmkirdə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. APA TV-nin qərb bürosunun məlumatına görə, hadisə ötən gecə rayonun Qaracəmirli kəndində qeydə alınıb.

 

Rayon sakini Babək Məmmədov idarə etdiyi “Mercedes” markalı avtomobili aşırıb. Nəticədə sərnişini Elşad Namazov hadisə yerində ölüb, özü isə xəstəxanaya yerləşdirilib.

 

Faktla bağlı Şəmkir rayon Polis Şöbəsində araşdırma aparılır.

 

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR