Astarada iribuynuzlu mal-qara arasında naməlum xəstəlik yayılıb

Astarada iribuynuzlu mal-qara arasında xəstəlik yayılıb. APA TV-nin cənub bürosunun məlumatına görə, xəstəlik bir aya yaxındır rayonun əksər kəndlərində müşahidə olunub.

 

Yerli sakinlərin sözlərinə görə, ən acınacaqlı vəziyyət isə rayonun Şiyəkəran kəndində yaranıb. Ümumilikdə kənddə xəstə heyvanların sayı 100-dən artıqdır. Sakinlərin sözlərinə görə, heyvanlar arasında ölüm faktları da qeydə alınıb. Xəstəliyə tutulmuş heyvanlara edilən müalicələrin heç bir nəticə vermədiyi bildirilir.

 

Artıq xəstə heyvanlara baytar həkimlər də baş çəkib. Sakinlərə profilaktik tədbirlərin aparılması məsləhət görülüb.

 

Astara Rayon Baytarlıq İdarəsinin rəisi Mübariz Axundovun verdiyi məlumata görə, heyvanlar arasında yayılmış xəstəliyə səbəb sakinlər tərəfindən onların gecələr də örüş sahəsində saxlanmasıdır. Xəstəliyin dəqiq səbəbləri isə hələlik bilinmir.

 

Müəllif | Apa.Tv

OXŞAR XƏBƏRLƏR