Heydər Əliyevin hədiyyəsi Türkiyə parlamentində muzeyə qoyuldu
Azərbaycanın mərhum prezidenti Heydər Əliyevin Türkiyə Böyük Millət Məclisinin sabiq sədrinə hədiyyə etdiyi "Marşal Atatürk" portretinin qoyulduğu yer məlum olub.
APA TV-nin məlumatına görə, Türkiyə Böyük Millət Məclisində başlayan bərpa işlərindən sonra dəhlizdən götürülən əsər yeni açılan “TBMM sədrlərinə verilən hədiyyələr” muzeyinə yerləşdirilib. Əsərin olduğu yerdə parlament sədrlərinə verilən müxtəlif hədiyyələr yer alır. Tablonun müxalifət lojasından götürülməsinə xüsusilə CHP sərt etiraz bildirmişdi.
Qeyd edək ki, marşal uniformalı Atatürk portretini sabiq prezident Heydər Əliyev TBMM-nin o vaxtkı sədri Hüsaməddiin Cindoruka hədiyyə edib. Xalça-portret təmir işlərinə qədər loja bölümünün arxasında, müxalifət dəhlizində yer alıb.
OXŞAR XƏBƏRLƏR
16:26
344
Növbəti köç karvanı Xankəndiyə çatıb
13:52
424
Xankəndiyə növbəti köç karvanı YOLA SALINIB
19:05
715
“Toxumçuluq haqqında” yeni qanun qüvvəyə minib
19:04
565
Dövlət başçısı: Azərbaycan sülh üçün səylərini bundan sonra da davam etdirəcək
12:35
667
APA Çinin nüfuzlu CCTV+ agentliyi ilə əməkdaşlıq sazişi imzaladı
12:34
452