Türk əsilli nazir: "Rusiya nifrət qazanmaqla məşğuldur"
İngiltərə rəsmiləri Suriyadakı addımları səbəbindən 2018-ci ildə Rusiyada keçirilməsi planlaşdırılan futbol üzrə dünya çempionatını boykot edə bilər.
APA TV-nin Rusiya mətbuatına istinadən məlumatına görə, bu açıqlama ilə ölkənin xarici işlər naziri Boris Conson çıxış edib.
O, Rusiyanın son vaxtlar nifrət qazandığını deyib, analoji hərəkətlərinə görə dünyadan tamamilə təcrid olunan dövlətə çevrilə biləcəyini istisna etməyib.
Bu arada, ABŞ və İngiltərə Rusiyanın Suriya siyasətinin dəyişməsi üçün rəsmi Moskvaya təzyiq etməyin yollarını düşünür.
Öz növbəsində Rusiya tərəfi isə özünə qarşı yönələn bütün ittihamları rədd edərək, terrorçuların daha da güclənməsinə yol verməmək məqsədi ilə bundan sonra Suriya məsələsində hər hansı atəşkəs razılaşmasına getməyəcəyini açıqlayıb.
OXŞAR XƏBƏRLƏR
Növbəti köç karvanı Xankəndiyə çatıb
Xankəndiyə növbəti köç karvanı YOLA SALINIB
“Toxumçuluq haqqında” yeni qanun qüvvəyə minib
Dövlət başçısı: Azərbaycan sülh üçün səylərini bundan sonra da davam etdirəcək
APA Çinin nüfuzlu CCTV+ agentliyi ilə əməkdaşlıq sazişi imzaladı