Şimon Peresin gizlədilən açıqlaması tirajlandı: "İran vurulacaqdı..."
"Netanyahu İrana hücum planı hazırlamışdı, onu mən dayandırdım". APA TV-nin məlumatına görə, bu fikri iki il əvvəl "Jerusalem Post" qəzetinin jurnalistinə müsahibəsində bu həftə vəfat edən sabiq İsrail prezidenti Şimon Peres deyib.
Sabiq prezident reportajın qəzetdə yer almayan hissəsini "mən öləndən sonra çap edərsiniz", - deyə xahiş edib.
"Detallara girmək istəmirəm. Ancaq İrana hücuma hazır olduğunu və onu mənim dayandırdığımı deyə bilərəm. Netanyahunun İrana hücumunun qarşısını aldım. Ona nəticənin fəlakət olacağını dedim" - deyə açıqlamada bildirilir.
Qeyd edək ki, İsrail İranın nüvə proqramına qarşı çıxır və "altılıq" ölkələri ilə əldə olunan razılaşmanı əvvəldən tənqid edirdi. Netanyahu nüvə silahına sahib olan İranın İsrail və bölgə ölkələri üçün birbaşa təhdid olduğunu hər fürsətdə səsləndirirdi.
Xatırladaq ki, sabiq İsrail prezidenti Şimon Peres sentyabrın 28-də dünyasını dəyişib.
OXŞAR XƏBƏRLƏR
Növbəti köç karvanı Xankəndiyə çatıb
Xankəndiyə növbəti köç karvanı YOLA SALINIB
“Toxumçuluq haqqında” yeni qanun qüvvəyə minib
Dövlət başçısı: Azərbaycan sülh üçün səylərini bundan sonra da davam etdirəcək
APA Çinin nüfuzlu CCTV+ agentliyi ilə əməkdaşlıq sazişi imzaladı