Ağstafada dəhşət: hərbi sursat əlində partladı, əlləri amputasiya olundu
Ağstafa rayon sakini döyüş sursatının partlaması nəticəsində ağır yaralanıb. APA-nın qərb bürosunun xəbərinə görə, hadisə rayonun Saloğlu kəndində qeydə alınıb.
Kənd sakini, 1974-cü il təvəllüdlü Yaşar Mustafayev hərbi sursatı əlinə alıb və bu zaman partlayış baş verib.
Xəsarətlə Ağstafa Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilən Y.Mustafayevin hər iki əli amputasiya olunub.
İlkin məlumata görə, hadisə kənd ərazində hərbi sursatlar yığılan ərazidə baş verib.
Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
16:26
343
Növbəti köç karvanı Xankəndiyə çatıb
13:52
424
Xankəndiyə növbəti köç karvanı YOLA SALINIB
19:05
715
“Toxumçuluq haqqında” yeni qanun qüvvəyə minib
19:04
565
Dövlət başçısı: Azərbaycan sülh üçün səylərini bundan sonra da davam etdirəcək
12:35
667
APA Çinin nüfuzlu CCTV+ agentliyi ilə əməkdaşlıq sazişi imzaladı
12:34
452