Azərbaycanda vəzifəli şəxslər qəzaya uğradı: 1 ölü, 1 yaralı
Qazaxda yoldan çıxan avtomobil ağaca çırpılıb, ölən və yaralananlar var. APA TV-nin qərb bürosunun verdiyi məlumata görə, hadisə ötən axşam Qazağın Çaylı kəndi ərazisində baş verib.
43 yaşlı rayon sakini Oqtay Hüseynov "Mercedes" markalı minik avtomobili ilə hərəkətdə olarkən idarəetməni itirib və maşın yoldan çıxaraq ağaca çırpılıb. Dərhal hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin xilasediciləri cəlb olunublar. Alov söndürülüb, baş verə biləcək partlayışın qarşısı alınıb.
Qəza zamanı müxtəlif bədən xəsarətləri alan sürücü Qazax Rayon Diaqnostika Mərkəzinə yerləşdirilib, vəziyyəti orta-ağır qiymətləndirilir. Onun sərnişini, 42 yaşlı Elşad Axundov isə aldığı ağır bədən xəsarətlərindən hadisə yerində dünyasını dəyişib.
Qeyd edək ki, sürücü Oqtay Hüseynov Qazax bələdiyyəsinin sədri, Elşad Axundov isə Mənzil Kommunal İstehsalat Birliyinin rəisidir.
Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
Növbəti köç karvanı Xankəndiyə çatıb
Xankəndiyə növbəti köç karvanı YOLA SALINIB
“Toxumçuluq haqqında” yeni qanun qüvvəyə minib
Dövlət başçısı: Azərbaycan sülh üçün səylərini bundan sonra da davam etdirəcək
APA Çinin nüfuzlu CCTV+ agentliyi ilə əməkdaşlıq sazişi imzaladı