5 erməni öldü, 11-i yaralandı - BOMBARDMAN NƏTİCƏSİNDƏ

Suriyanın Hələb şəhərinin bombalanması davam edir. APA TV-nin məlumatına görə, cümə günü şəhərin təkcə Villa məhəlləsinə düşən mərmi azı 20 nəfərin ölümünə səbəb olub.

Ermənistan mətbuatı ölənlərin 5-nin erməni olduğunu yazıb. Ölənlərin adları da açıqlanıb. Onların ikisi bacı-qardaş Arman və Mirey Xintonyan, həmçinin Tsila Çapaxcuryan, Asmik Kirokasyan-Pereçiklyan və Pyer Xariro adlı şəxslərdir.

Bundan əlavə, 11 erməni sakinin də yaralandığı qeyd edilir.

Xatırladaq ki, bu gün səhər saatlarında da bombardman davam edib. Zərbələr Hələbin Nor-Gyux və Villa səmtlərinə endirilib.

 

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR