Şirkət rəhbəri və anasını qətlə yetirən şəxsin şikayəti təmin olunmayıb
Bakı Apellyasiya Məhkəməsində şirkət rəhbəri və onun anasını qətlə yetirməkdə təqsirli bilinən Ruhin Allahverdiyevin apellyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb.
APA TV-nin məlumatına görə, hakim Həsən Əhmədovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib. Qərara əsasən şikayət təmin edilməyib.
Qeyd edək ki, R.Allahverdiyev Janna Hənifəyevna Məhərrəmova və onun oğlu, 1982-ci il təvəllüdlü Aleksandr Gennadiyeviç Məhərrəmovu yaşadıqları evdə mübahisə zəminində qətlə yetirib. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə R.Allahverdiyev ömürlük azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan R.Allahverdiyev apellyasiya şikayəti verib. O, ömürlük azadlıqdan məhrumetmə cəzasının müddətli cəza ilə əvəz edilməsini istəyib.
A.Məhərrəmov “Biznes Dialoq” konsaltinq xidmətləri şirkətinin rəhbəri, "Business-dialogue.az" saytının təsisçisi olub.
OXŞAR XƏBƏRLƏR
Növbəti köç karvanı Xankəndiyə çatıb
Xankəndiyə növbəti köç karvanı YOLA SALINIB
“Toxumçuluq haqqında” yeni qanun qüvvəyə minib
Dövlət başçısı: Azərbaycan sülh üçün səylərini bundan sonra da davam etdirəcək
APA Çinin nüfuzlu CCTV+ agentliyi ilə əməkdaşlıq sazişi imzaladı