Roma Papası Gürcüstandadır, sabah Bakıda olacaq

Roma Papası 16-cı xarici səfərinə başlayıb. APA TV-nin "Euronews"a istinadən məlumatına görə, Fransisk Gürcüstandadır.

Tiflis aeroportunda onu Bütün gürcülərin Katalikos-Patriarxı II İliya və ölkə prezidenti Georgi Marqvelaşvili qarşılayıblar.

Əhalisinin cəmi 0,5 faizi katolik olan Gürcüstanda pontifikin gəlişini heç də hamının ürəyincə deyil. Pravoslav əhalinin onlarla nümayəndəsi aeroport yoluna çıxaraq onun səfərinə etiraz edib.

Tbilisidə Papa bildirib ki, fikir ayrılıqlarının kifayət qədər olduğu bir dünyada yaşayırıq, bu məsələləri yalnız sivil dialoq şəraitində, sağlam düşüncə, müasir və məsuliyyətli addımlarla, aliliklə yoluna qoymaq olar.

Xatırladaq ki, Fransisk Gürcüstandan Azərbaycan paytaxtına gələcək.

 

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR