Zakir Qaralov "MTN işi"ndən danışdı
Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları haqqında Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində istintaq davam etdirilir.
APA TV-nin məlumatına görə, bunu baş prokuror Zakir Qaralov deyib.
Z.Qaralov bildirib ki, bütövlükdə istintaq 280 epizod üzrə aparılır: "Həmin cinayət işlərindən biri məhkəməyə göndərilib, digərləri üzrə istintaq davam edir. İstintaqın nəticəsində hansı şəxslər cinayət məsuliyyətinə cəlb olunmalıdırlarsa, onlar da məsuliyyətdən kənarda qalmayacaq".
Ba. prokuror qeyd edib ki, "Fətullah Gülən işi" bağlı Türkiyəyə edilən müraciət üzrə işlər də davam etdirilir. Onun sözlərinə görə, Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinin kriminalistika şöbəsinin rəisi bununla bağlı Türkiyədə ezamiyyətdə olub: "Bu yaxınlarda yenə ezamiyyətə gedəcək. Bu istiqamətdə işlər qarşılıqlı şəkildə davam etdirilir".
OXŞAR XƏBƏRLƏR
Növbəti köç karvanı Xankəndiyə çatıb
Xankəndiyə növbəti köç karvanı YOLA SALINIB
“Toxumçuluq haqqında” yeni qanun qüvvəyə minib
Dövlət başçısı: Azərbaycan sülh üçün səylərini bundan sonra da davam etdirəcək
APA Çinin nüfuzlu CCTV+ agentliyi ilə əməkdaşlıq sazişi imzaladı