BAŞLANDI: ABŞ vətəndaşı Səudiyyəni məhkəməyə verdi

ABŞ məhkəməsi 2001-ci ilin 11 sentyabrında törədilmiş məlum terror hadisəsinə görə Səudiyyə Ərəbistanına qarşı ilk iddianı qəbul edib.

 

APA TV-nin məlumatına görə, məhkəməyə müraciət edən şəxs sözügedən hadisələr zamanı həlak olan Patrik Dannın həyat yoldaşı Stefani DeSimondur.

 

S.DeSimon müraciətində Səudiyyə Ərəbistanının "Əl-Qaidə" terror təşkilatı və Üsamə bin Ladeni dəstəklədiyini qeyd edib. Məhkəmə artıq onun iddiasını qəbul etdiyini açıqlayıb.

 

Qeyd edək ki, iki gün əvvəl ABŞ parlamentinin hər iki palatası prezident Barak Obamanın tətbiq etdiyi vetoya rəğmən, ölkə vətəndaşlarının krallığa qarşı iddia qaldırmasına yol açan qanun layihəsini qəbul edib.

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR