"Brent" nefti 50 dollardan satılır
Dünya birjalarında "Brent" markalı neftin qiyməti 50 dollar ətrafında stabilləşməkdədir. APA TV-nin məlumatına görə, həftənin son günündə "Brent" neftinin bir bareli 50,01 dollardan təklif olunur. Dünən bu markadan olan neftin qiyməti 49-50 dollar arasında dəyişib.
Qərbi Texas neftinin qiyməti də stabilləşməkdədir. Dünən səhər seanslarında 47,60 dollardan təklif olunan WTİ nefti hazırda 48,04 dollardan satılır.
Qeyd edək ki, OPEK ölkələrinin gündəlik hasilatı 700 min barel azaltmaq barədə razılaşması neft qiymətlərinin yüksəlməsinə səbəb olmuşdu. Eyni zamanda ABŞ-ın hasil olunmuş neft ehtiyatlarının 1,8 milyon barel azalması da qiymətlərə təsir edib.
OXŞAR XƏBƏRLƏR
16:26
344
Növbəti köç karvanı Xankəndiyə çatıb
13:52
424
Xankəndiyə növbəti köç karvanı YOLA SALINIB
19:05
715
“Toxumçuluq haqqında” yeni qanun qüvvəyə minib
19:04
565
Dövlət başçısı: Azərbaycan sülh üçün səylərini bundan sonra da davam etdirəcək
12:35
667
APA Çinin nüfuzlu CCTV+ agentliyi ilə əməkdaşlıq sazişi imzaladı
12:34
452