Meksikada mafiya üzvləri hərbçilərə hücum edib, ölənlər var
Meksikada hərbi patrula hücum olub. APA TV-nin məlumatına görə, Sinaloa ştatının Kuliakan şəhəri yaxınlığında baş vermiş hadisə nəticəsində 6 nəfər ölüb, 9 hərbçi yaralanıb.
Məlumata görə, hərbi karvan daha əvvəl hərbçilərlə atışma zamanı yaralanmış cinayətkarı müşayiət edirmiş. Hərbçilərə hücumun məqsədi onun qaçırılması olub. Basqınçılar istəklərinə nail ola biliblər.
Döyüş nəticəsində iki hərbi maşın tamamilə yanıb. Maşınlarda olan hərbçilər çıxa bilməyiblər və diri-diri yanıblar. Mafiya üzvləri arasındakı itkilər barədə məlumat yoxdur.
Ordu rəsmiləri hücumun arxasında “Bəstəboy” ləqəbli narkobaron Xoakin Qusman Loeranın oğullarının durduğunu bəyan ediblər. “Bəstəboy” qüdrətli “Sinaloa” narkotik kartelinin başçısıdır. O, bu ilin yanvarında həbs edilib və ABŞ-la sərhəddəki həbsxanada saxlanılır.
OXŞAR XƏBƏRLƏR
Növbəti köç karvanı Xankəndiyə çatıb
Xankəndiyə növbəti köç karvanı YOLA SALINIB
“Toxumçuluq haqqında” yeni qanun qüvvəyə minib
Dövlət başçısı: Azərbaycan sülh üçün səylərini bundan sonra da davam etdirəcək
APA Çinin nüfuzlu CCTV+ agentliyi ilə əməkdaşlıq sazişi imzaladı