Göygöldə iki maşın toqquşdu, sürücülər yaralandı

Gəncə-Göygöl yolunda iki nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib. APA TV-nin Qərb bürosunun məlumatına görə, hadisə yolun Göygöl rayonu ərazisində qeydə alınıb.

 

“Niva” və “Peugeot” markalı avtomobillərin toqquşması nəticəsində 2 nəfər xəsarət alıb. Yaralılar - Göygöl rayon sakinləri, “Peugeot” markalı maşının sürücüsü, 44 yaşlı Bəxtiyar Cəfərov və digər sürücü, 55 yaşlı İlqar Hüseynov müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya yerləşdiriliblər.

 

Faktla bağlı Göygöl Rayon Polis Şöbəsində araşdırma aparılır.

 

Müəllif | Apa.Tv

OXŞAR XƏBƏRLƏR