Klinton Trampı qabaqlayır

ABŞ prezidentliyinə Demokrat Partiyasından namizəd Hillari Klinton rəqibini - respublikaçıların namizədi Donald Trampı 6% qabaqlayır.

 

APA TV-nin “Reuters” agentliyinə  istinadən verdiyi xəbərə görə, agentlik və “İpsos” şirkəti tərəfindən birgə keçirilmiş son sorğuya əsasən, Klinton seçicilərin səsinin 43 faizini, Tramp isə 38 faizini toplaya bilər.

 

Son rəy sorğusu sentyabrın 23-dən 29-dək keçirilib.

 

Xatırladaq ki, ABŞ-da bu il noyabrın 8-də növbəti prezident seçkiləri keçiriləcək.

 

Müəllif | Apa.Tv

OXŞAR XƏBƏRLƏR