Bakıda maşın işıq dirəklərini “biçdi”, sürücü ağır yaralandı

Bakının Nərimanov rayonu ərazisində ağır yol qəzası baş verib. APA TV-nin məlumatına görə, Heydər Əliyev prospekti ilə şəhərin mərkəzi istiqamətində “Toyota-Prado” avtomobili ilə hərəkətdə olan 25 yaşlı Kamran Nəcəfov idarəetməni itirib. Nəticədə avtomobil işıq dirəklərinə çırpılaraq dayanıb.

 

Qəza zamanı maşın ciddi deformasiyaya uğrayıb. Sürücü avtomobildə sıxılmış vəziyyətdə qalıb. Əraziyə FHN Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri cəlb olunub.

 

Sürücü maşından çıxarılıb. Ağır xəsarətlər alan Kamran Nəcəfov xəstəxanaya çatdırılıb. Həkimlər onun həyatını xilas edə biliblər.

 

Polisdən verilən məlumata görə, qəzaya yüksək sürət səbəb olub. Faktla əlaqədar araşdırma aparılır.

 

Müəllif | Apa.Tv

OXŞAR XƏBƏRLƏR