Milli Məclis Avropa Parlamenti ilə əlaqələrin bərpasına dair qərar qəbul etdi
Milli Məclisin (MM) bu gün keçirilən iclasında “Avropa Parlamenti ilə Azərbaycan Respublikasının Milli Məclisi arasında əməkdaşlıq məsələləri haqqında” qərar layihəsi müzakirəyə çıxarılıb.
APA-nın məlumatına görə, layihəni təqdim edən MM-in Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov bildirib ki, Avropa Parlamenti ötən il Azərbaycanla bağlı qərəzli qərar qəbul etdikdən sonra ötən 1 il ərzində avroparlamentarilər rəsmi və qeyri-rəsmi şəkildə bu münasibəti bərpa etməyə çalışıblar, amma Azərbaycan deputatlarından heç kim onlarla ünsiyyətdə olmayıb: "Onlara bir fikir çatdırılıb ki, Azərbaycanla bağlı öz münasibətlərində çox ciddi dəyişiklik etməlidirlər. Biz dedik ki, Azərbaycanla ikitərəfli münasibətlərin bərpasını istəyirlərsə, Avropa Parlamentinin rəhbərliyi tərəfindən mandat əldə etmiş nümayəndə heyəti göndərməlidirlər. Belə də oldu və bu il sentyabrın 19-da Azərbaycana geniş tərkibdə nümayəndə heyəti gəldi. Avropa Parlamenti belə geniş tərkibdə hələ heç bir ölkəyə nümayəndə heyəti göndərməyib.
Onlar Azərbaycan prezidenti tərəfindən qəbul olundu, bütün söhbət mətbuatda da geniş işıqlandırıldı. Çox konkret, obyektiv və Avropa Parlamentinin qeyri-obyektivliyini sənədlər əsasında əks etdirən görüş oldu. Bu görüş dönüş nöqtəsi idi. Azərbaycan prezidenti faktları ortaya qoydu və onlar anladılar ki, Avropa Parlamenti Azərbaycanla ikitərəfli münasibəti qorumaq istəyirsə, hər hansı məsələni yalnız sözlə yox, sənədlə ortaya qoymalıdır.
Azərbaycan heç bir beynəlxalq təşkilatla əməkdaşlıqdan imtina etməyib, etmək fikrində olmayıb. Biz Avropa Birliyi ilə də ən yüksək səviyyədə münasibətlər qurmaq istəyirik. Amma qarşılıqlı maraqlar qorunmalıdır".
Spiker Oqtay Əsədov isə bildirib ki, bir çox avroparlamentarilər təklikdə görüşdə ötən il qəbul etdikləri qərara görə üzr istəyiblər.
Layihə səsə qoyularaq qəbul olunub.
OXŞAR XƏBƏRLƏR
Növbəti köç karvanı Xankəndiyə çatıb
Xankəndiyə növbəti köç karvanı YOLA SALINIB
“Toxumçuluq haqqında” yeni qanun qüvvəyə minib
Dövlət başçısı: Azərbaycan sülh üçün səylərini bundan sonra da davam etdirəcək
APA Çinin nüfuzlu CCTV+ agentliyi ilə əməkdaşlıq sazişi imzaladı