İsrail "Mavi Mərmərə" təzminatını Türkiyəyə ödədi
İsrail 2010-cı ildə Türkiyənin Qəzza bölgəsinə yardım daşıyan "Mavi Mərmərə" gəmisinə etdiyi və 10 nəfərin ölümünə səbəb olan silahlı basqın səbəbindən Türkiyə tərəfinə təzminat ödəyib.
APA TV-nin məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Türkiyənin energetika naziri Berat Albayrak bildirib.
Nazir 20 milyon dollar məbləğindəki təzminatın artıq Ədliyyə Nazirliyinin bank hesabına köçürüldüyünü təsdiqləyib.
Xatırladaq ki, İsrailin 2010-cu ilin mayın 31-də sülh missiyası ilə Qəzza bölgəsinə səfər etməkdə olan "Mavi Mərmərə" gəmisinə silahlı basqın etməsi 10 nəfərin həlak olması ilə nəticələnib. Bundan sonra hər iki ölkə arasındakı münasibətlər əhəmiyyətli dərəcədə gərginləşib.
Türkiyə ilə İsrail arasında təzminat barəsində razılaşmanın əldə olunduğunu iyun ayının 27-də Türkiyənin baş naziri Binəli Yıldırım və İsrailin hökumət başçısı Benyamin Netanyahu ictimaiyyətə açıqlayıb.
OXŞAR XƏBƏRLƏR
Növbəti köç karvanı Xankəndiyə çatıb
Xankəndiyə növbəti köç karvanı YOLA SALINIB
“Toxumçuluq haqqında” yeni qanun qüvvəyə minib
Dövlət başçısı: Azərbaycan sülh üçün səylərini bundan sonra da davam etdirəcək
APA Çinin nüfuzlu CCTV+ agentliyi ilə əməkdaşlıq sazişi imzaladı