İsmayıllıda ev yandı

İsmayıllı rayonunda yanğın hadisəsi baş verib. APA TV-nin yerli bürosunun xəbərinə görə, hadisə İsmayıllı şəhərinin Mirzə Fətəli Axundov küçəsində qeydə alınıb.

 

1971-ci il təvəllüdlü Kamil İdris oğlu Fərzəliyevə məxsus ümumi sahəsi 140 kvadrat metr olan evdə baş verən yanğının söndürülməsi üçün əraziyə 3 yanğınsöndürən maşını cəlb olunub.

 

Hadisə zamanı evin 85 kvadratmetrlik hissəsi əşyalarla birgə yanıb. Evin qalan hissəsi və ətrafdakı tikililər yanğından mühafizə olunub.

 

Hadisə zamanı xəsarət alan olmayıb. Faktla bağlı araşdırma aparılır.

 

Müəllif | Apa.Tv
Elvin Yaqubov

OXŞAR XƏBƏRLƏR