Ağcabədidə maşın dərəyə aşdı: 1 ölü, 1 yaralı
Ağcabədi rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. APA TV-nin Qarabağ müxbirinin xəbərinə görə, hadisə rayonun Hüsülü kəndi ərazisində qeydə alınıb.
“VAZ-21010” markalı 02 BL 515 dövlət nömrə nişanlı avtomobil sürücünün idarəetməni itirməsi səbəbindən dərəyə aşıb. Nəticədə sürücü elə hadisə yerində ölüb, 1 sərnişin yaralanıb. Araşdırma zamanı məlum olub ki, avtomobil Ağcabədi rayonunun Şərəfxanlı kənd sakini Məmmədov Sadiq Elxan oğluna məxsusdur. Maşını idarə edən sürücü isə 1985-ci il təvəllüdlü Mingəçevir şəhər sakini Əhmədov Vasif Şaiq oğlu olub.
Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşları faktla bağlı araşdırma aparır.
OXŞAR XƏBƏRLƏR
16:26
382
Növbəti köç karvanı Xankəndiyə çatıb
13:52
455
Xankəndiyə növbəti köç karvanı YOLA SALINIB
19:05
724
“Toxumçuluq haqqında” yeni qanun qüvvəyə minib
19:04
568
Dövlət başçısı: Azərbaycan sülh üçün səylərini bundan sonra da davam etdirəcək
12:35
671
APA Çinin nüfuzlu CCTV+ agentliyi ilə əməkdaşlıq sazişi imzaladı
12:34
454